
İndoneziyanın paytaxtı Cakartada bir-birinin ardınca iki partlayış baş verib.
Hadisə nəticəsində 2 nəfər ölüb, 1 polis əməkdaşı yaralanıb.
Partlayışların avtobus dayanacağında baş verdiyi, ölənlərdən birinin terrorçu-kamikadze olduğu ehtimal edilir. İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.