Messi Pelenin rekordunu təkrarlayıb

Argentina yığmasının hücumçusu Lionel Messi braziliyalı Pelenin rekordunu təkrarlatyıb.

AzerTimes-ın məlumatına görə, L.Messi Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Boliviyaya 3 qol vuraraq Cənubi Amerika futbolçuları arasında ən çox qol vuranlar siyahısında birinci pilləyə yüksəlib.

Argentinalının qollarının sayı 77-yə çatıb. Pele də eyni sayda qol vurub.


Qeyd edək ki, Pelenin 91 oyunda təyin etdiyi rekordunu təkrarlamaq üçün Messiyə 153 oyun lazım olub.

Teqlər: