ABŞ-da atışma nəticəsində 12 nəfər yaralanıb

ABŞ-ın İst-Sent-Luis şəhərində (İllinoys ştatı) atışma baş verib.

AzerTimes-ın “NBC” telekanalına istinadən verdiyi məlumata görə, polisə atışma nəticəsində 12 nəfərin yaralandığı barədə məlumat daxil olub, lakin xəsarət alanların dəqiq sayı bilinmir.

Qeyd edilir ki, xəstəxanaya 6 nəfər çatdırılıb. Polislər atışmada iştirak edən 6 nəfərin axtarışlarını davam etdirirlər.

Bildirilir ki, atışma ilə təxminən eyni zamanda şəhərdə qatarla minik avtomobili toqquşub. Lakin hadisənin atışma ilə əlaqəli olub-lmadığı məlum deyil.