Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
başladılan “Məşğulluq marafonu” çərçivəsində şəhid ailəsi
üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin
məşğulluğunun təminatı işləri davam edir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, marafona qoşulan
işəgötürənlərin sayı artıq 642-yə çatıb. Həmin işəgötürənlərdən
342-si dövlət, 300-ü özəl sektora aiddir. İşəgötürənlər tərəfindən
marafona 4363 vakansiya təqdim edilib.
Həmin vakansiyalar üzrə artıq 2275 nəfər işlə təmin edilib.
Onlardan 1888 nəfəri qazi, 387 nəfəri isə şəhid ailəsi üzvüdür.
Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə
vakansiyalarını
https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil
olmaqla göndərə bilər.
Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış
qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün
https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil
olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə
bilərlər.
Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!