SOCAR Bakı NEZ-in məşəl qüllələrində tüstülənmənin gozlənilməsi ilə bağlı xəbərdarlıq edib

Ölkəmizin daha yüksək keyfiyyətli yanacaqla təmin olunması
məqsədilə SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ)
həyata keçirilən modernizasiya və yenidənqurma işləri davam
edir.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya Xidmətindən
Trend-ə verilən
məlumata görə, layihə çərçivəsində razılaşdırılmış plana əsasən,
NEZ-də həyəta keçirilən istismar dayanıqlılığı və mükəmməlliyi
proqramının tərkib hissəsi olaraq 2022-ci il 4 aprel tarixindən
etibarən zavodda 50 gün müddətinə əsaslı planlı təmir işlərinə
başlanılıb.

Məlumat üçün bildiririk ki, hazırda əsaslı təmir işlərinin yekun
mərhələsi icra edilir və plana uyğun olaraq zavodun əsas texnoloji
qurğularının istismara verilməsi prosesi həyata keçirilir.

NEZ-in qurğularına xam neft və neft məhsullarının qəbulu,
qurğuların emal gücünə çatdırılması zamanı baş verə biləcək mümkün
texnoloji dayanmaların qarşısının alınması məqsədilə müəyyən
karbohidrogen qarışıqlarının zavodun məşəl sistemlərinə
göndərilməsi və nəticədə NEZ-in məşəl qüllələrində tüstülənmənin
olması gözlənilir. Bu tütsülənmə qurğular tam olaraq istismar
həcminə çatdırılana və emal prosesi normallaşana qədər davam edə
bilər.

Teqlər: