Mərkəzi Bankın İdarə heyətinə yeni üzv təyin edilib

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə yeni üzv təyin
edilib.

AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında müzakirə edilib.

Belə ki, iclasda Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi
Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi
müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul
edilib.

Teqlər: