Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilib

Elman Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə
Heyətinin üzvlüyündən azad edilib.

AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu
gün keçirilən iclasında müzakirə edilib.

İclasda ilk məsələ olaraq Elman Rüstəmovun Azərbaycan
Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad
edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin
qərarının layihəsi müzakirə edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq
edilib.

Teqlər: