Mərkəzi Bankın aktivləri artıb

2021-ci ilin yekunlarına əsasən Azərbaycan Mərkəzi Bankının
aktivlərinin cəmi 2020-ci illə müqayisədə 3,63 faiz artaraq 26,41
milyard manata çatıb.

Trend bu barədə
Mərkəzi Bankın illik hesabatına istinadən məlumat verir.

Bankın aktivlərinin strukturunda borc qiymətli kağızların payı
65,74 faiz təşkil edərək 17,362 milyard manat olub.

Əsas vəsaitlər əvvəlki illə müqayisədə 21,79 faiz artaraq 6,838
milyard manat təşkil edib. 2021-ci ilin yekununda banklara verilən
kreditlərin məbləği 356,281 milyon manata çatıb.

Eyni zamanda, hesabat dövründə Mərkəzi Bankın öhdəlikləri
2020-ci illə müqayisədə 5,77 faiz artaraq 25,24 milyard manata
çatıb.

Bankın öhdəliklərinin strukturunda dövriyyədə olan nağd pulların
payı 48,77 faiz təşkil edərək 12,31 milyard manat olub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: