“Memorial. Vətən müharibəsi şəhidləri” kitabı təqdim olundu (FOTO)

“Memorial. Vətən müharibəsi şəhidləri” kitabının təqdimat
mərasimi keçirilb. “LIBRAFF Park Akademiya” kitab mağazasında baş
tutan tədbirdə millət vəkilləri, yazıçılar, mədəniyyət və incəsənət
xadimləri, “YAŞAT” Fondunun nümayəndələri, şəhid ailələrinin
üzvləri, media nümayəndələri iştirak ediblər.

Tədbirdə bildirilib ki, 44 günlük Vətən müharibəsinin
qəhrəmanlarına həsr edilən üç cilddən ibarət kitabın I cildi bu
günlərdə işıq üzü görüb. TEAS Press Nəşriyyat evinin çapa
hazırladığı kitabı Vətən müharibəsi şəhidləri haqqında
ensiklopediya da adlandırmaq olar. Kitaba Vətən müharibəsində
(27.09.2020 – 10.11.2020), həmçinin azad edilmiş torpaqlarda
Azərbaycan Ordusunun mövqelərinin möhkəmləndirilməsi prosesinin
davam etdiyi 2021-ci il dekabrın 31-dək olan müddətdə şəhadətə
ucalmış qəhrəmanlarımız barədə məlumatlar daxil edilib. Bu kitabda
soyadları əlifba sırası ilə A, B, C, Ç, D, E, Ə, F, G hərfləri ilə
başlayan 957 Vətən müharibəsi şəhidi haqda məlumatlar yer alıb.
Şəhidlərin siyahısı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin
son rəsmi məlumatları əsasında tərtib olunub.

​ “YAŞAT” Fondunun informasiya dəstəyi ilə çapa hazırlanan
kitabın I cildinin bütün nüsxələri hər şəhid ailəsinə bir ədəd
olmaqla təqdim edilib, yerdə qalan kitabların satışından əldə
edilən gəlir isə “YAŞAT” Fonduna ianə olunacaq. Hazırda kitabın
ikinci və üçüncü cildləri çapa hazırlanır, onlar da bu il işıq üzü
görəcək.

Teqlər: