Məktəbli qızların qeyri-etik davranışı – DİN-dən açıqlama

Məktəbli qızların qeyri-etik davranışı – DİN-dən açıqlama

Sosial mediada 156 nömrəli məktəbin XI sinif şagirdinin (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülərlə bağlı araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub.

AzerTimes xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

“Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”.

Teqlər: