Medvedyev Qroznıya gəldi, 10 “Niva” hədiyyə etdi

Medvedyev Qroznıya gəldi, 10 “Niva” hədiyyə etdi

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Çeçenistana səfər edib.

AzerTimes xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat verib.

Kadırovun paylaşımında bildirilib ki, Medvedyev Qroznıya işgüzar səfəri zamanı respublikanın Hərbi Komissarlığına baş çəkib, 10 “Niva” markalı avtomobil hədiyyə edib.

“Kollektiv fəaliyyət, kollektiv iş nəticəsində biz sizə bu avtomobilləri veririk, zəhmət olmasa, onlardan istifadə edin”, – Medvedyev Kadırovun Teleqram kanalında yerləşdirdiyi videoda bildirib.

Teqlər: