Məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək – Rəsmi

Məktəblərdə məktəbəhazırlıq qrupları fəaliyyətini davam
etdirəcək.

AzerTimes-ın məlumatına görə bunu Təhsil Nazirliyinin Ümumi və
məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov
deyib.

O bildirib ki, bağçaların Təhsil Nazirliyinin tabeliyinə
verilməsindən sonra məktəblərdə məktəbəqədərhazırlıq qruplarının
ləğv ediləcəyi ilə bağlı fikirlər səslənir.

“Məktəbəhazırlıq qrupları fəaliyyətini davam etdirəcək.
Məktəbəhazırlıq qruplarına qəbul hər il adətən iyul-avqust
aylarında olur. Bu il də elan olunacaq. Bu qrupların bağlanması ilə
bağlı hələlik heç bir məlumat yoxdur”,- deyə o əlavə edib

Teqlər: