Birinci siniflərə qəbulla bağlı bütün müsahibələr əyani keçirələcək

Bu il tədris digər dillərdə aparılan birinci siniflərə qəbulla
bağlı bütün müsahibələr əyani formada keçirələcək.

AzerTimes-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və
məktəbəqədər təhsilin təşkili şöbəsinin müdir müavini Orxan Abbasov
deyib.

O qeyd edib ki, ötən il pandemiyaya görə müsahibələr onlayn
formada keçirilib.

“Bu il müshibələr əyani keçirləcək. Müsahibələr üçün qeydiyyat
mayın 10-dan 31-dək davam edəcək”, – deyə o əlavə edib

Teqlər: