Məktəbdə qayda pozan şagirdlər üçün cəza tədbirləri…

Məktəbdə qayda pozan şagirdlər üçün cəza tədbirləri…

Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər müəyyənləşib.

AzerTimes xəbər verir ki, bu barədə Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib.

O bildirib ki, həmin vaxt şagirdlərin davranış səviyyələri nəzərə alınacaq.

Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər aşağıdakılardır:

– müəllim baxışı, qeyri-verbal münasibət

– şagirdlərlə sakit söhbət

– xəbərdarlıq

– uzaqlaşdırma

– valideyn ilə əlaqə saxlamaq

– dərsdən sonra şagirdin məktəbdə saxlanması

– psixoloqa yönləndirmə

– sarı xəbərdarlıq məktubu

– narıncı xəbərdarlıq

– qırmızı xəbərdarlıq.

Teqlər: