Dünya çempionumuz idman məktəbi açdı – Video

Dünya çempionumuz idman məktəbi açdı – Video

Yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya çempionu və I Avropa Oyunlarının qalibi Rəsul Çunayev idman məktəbi açıb.

AzerTimes-ın məlumatına görə, 31 yaşlı idmançı özünün adını daşıyan yunan-Roma güləşi üzrə idman məktəbinin açılışını edib.

Açılışdan sonra 15 yaşadək güləşçilər arasında açıq birincilik keçirilib. Qaliblərə medal və diplomlar verilib. Qalibləri mükafatlandıranlar arasında yunan-Roma güləşi üzrə millimizin üzvü, ikiqat dünya və ikiqat Avropa çempionu, V İslam Həmrəyliyi Oyunlarının qalibi Eldəniz Əzizli də olub.

Qeyd edək ki, idman məktəbi 189-190 saylı tam orta məktəbin nəzdində fəaliyyət göstərir. Bundan başqa, Rəsul Çunayevin özünə məxsus idman zalları da mövcuddur.

Teqlər: