Meksikada miqrantları daşıyan mikroavtobus körpüdən aşıb, ölən və yaralılar var

Mərkəzi Amerikadan olan miqrantları daşıyan mikroavtobus
Meksikanın şərqindəki Verakruz ştatında magistral yolda körpüdən
aşıb.

Trend yerli
KİV-ə istinadla xəbər verir ki, nəticədə azı iki nəfər həyatını
itirib daha 15 nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanalarına çatdırılıb, onların vəziyyəti ilə
bağlı məlumat verilmir. İlkin məlumatlara görə, miqrantlar şərqdəki
Tabasko ştatından Meksikanın şimalındakı ABŞ sərhədinə getmək
niyyətində olublar.

Səlahiyyətli orqanların əməkdaşları qəzanın başvermə səbəblərini
araşdırırlar.