Filippində “Meqi” qasırğası nəticəsində ölənlərin sayı 220 nəfəri ötüb

Filippində “Meqi” tropik qasırğası nəticəsində həyatını
itirənləri sayı 224 nəfər çatıb.

Trend xəbər
verir ki, bu barədə Risklərin Qarşısının Alınması və Fəlakətlərin
İdarə Edilməsi üzrə Milli Şuranın hesabatında deyilir.

Məlumata görə, 2,08 milyondan çox insan təbii fəlakət
nəticəsində zərər çəkib. Qasırğa doqquz bölgəyə yayılıb, 175 mindən
çox insan 447 təxliyyə məntəqəsində qalmaqda davam edir.

Hazırda 147 nəfər itkin düşmüş hesab olunur.

Teqlər: