Meksikada iki narkotik karteli arasında baş verən qarşıdurmada 30-dan çox insan öldü

Meksikanın Sakatekas ştatında “Xaliskonun yeni nəsli” və “Sinaloa” narkotik kartelləri arasında baş verən qarşıdurmada ən az 35 nəfər ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə La Jornada qəzeti öz saytında bildirib.

Bildirilib ki, atışma San-Xuan-Kapistrano yaşayış məntəqəsi yaxınlığında baş verib. Hadisə yerində hakimiyyət nümayəndələri iki yanmış pikap aşkar ediblər.