Hokkey üzrə Stenli Kubokunun finalında oynuyacaq komandalar məlum olub

Milli Hokkey Liqasının (MHL) pley-off mərhələsi çərçivəsində yari final seriyasının yeddinci matçında “Tampa Bey Laytninq” komandası “Nyu-York Aylenders” ilə qarşılaşıb.

AzerTimes-ın məlumatına görə, oyun “Tampa”nın 1:0 qələbəsi başa çatıb.

Yeganə şaybanı Yanni Qurd (22-ci dəqiqə) vurub.

Beləliklə, finalda “Tampa Bey Laytninq” komandası “Monreal” klubu ilə qarşılaşacaq.

Teqlər: