Meksikada ağır yol qəzası olub, ölənlər var

Meksikanın mərkəzindəki San-Luis-Potosi ştatında iki avtomobilin toqquşması nəticəsində üçü uşaq olmaqla 9 nəfər öldü.

AzerTimes-ın məlumatına görə, bu barədə Milenio qəzetinin saytında bildirilib.

Faciə Rioverde ərazisindəki magistral yolda baş verib. Hadisə yerində xilasedicilər və regional prokurorluğunun əməkdaşları işləyir.


Avtomobil qəzasının mümkün səbəbləri barədə məlumat verilməyib.