Kuala-Lumpur metrosunda qatarların toqquşması nəticəsində 166 nəfər xəsarət alıb

Xəbər - Trend:

Malayziyanın Kuala Lumpur şəhərindəki KLCC stansiyası yaxınlığında metro xətti hissəsində iki qatarın toqquşması nəticəsində ən azı 166 nəfər xəsarət alıb, onlardan 47-nin vəziyyəti ağırdır.

AzerTimes-ın TASS-a istinadən verdiyi xəbərə görə , bu barədə Malay Mail qəzeti nəqliyyat naziri Vi Ka Siona istinadən xəbər verib.

Onun sözlərinə görə,hadisə yerli vaxtla 20:33-də baş verib.Qatarlardan biri sərnişinləri daşıyıb.İkinci isə test rejimində buraxılıb və boş olub.Ölkənin Nəqliyyat naziri toqquşmada birinci qatarda 232 nəfər olduğunu qeyd edib.