Meksika ilə Azərbaycan arasında turizm imkanları müzakirə edilib (FOTO)

Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd
Talıbov bu ölkənin Turizm naziri Migel Torruko Markes ilə
görüşüb.

Səfirlikdən AzerTimes-a verilən məlumata görə, görüş zamanı Meksika
ilə Azərbaycan arasında turizmin inkişafı perspektivləri, turist
axınlarının qarşılıqlı artımı və bu sektorda təcrübə mübadiləsinin
səmərəliliyindən söhbət açılıb, hava əlaqəsi və Azərbaycan
vətəndaşları üçün Meksika elektron vizasının tətbiqi imkanları kimi
əməkdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin, pandemiyadan sonrakı dövrdə turizm sektorunun yenidən
canlanması üçün səylərin davam etdirilməsi, iqtisadiyyatın bu vacib
sahəsinin bərpası istiqamətində hər iki ölkənin turizm sahəsi
nümayəndələri arasında əlaqələrin təşviq olunmasının zəruriliyi
vurğulanıb.

Görüşün sonunda nazir M.Torruko səfir M.Talıbovu Mexiko Ştatına
özəl əl işlərinə həsr olunmuş “Punto México” sərgisi ilə tanış
edib.

Teqlər: