Məhdudiyyətlərin aradan qaldırılması o demək deyil ki, tədbirləri əldən buraxmalıyıq – Asiman Həsənov

Xəbər - Humay Ağacanova – Trend:

Vaksinasiya prosesində ilkin dövrlərdə, yay-payız aylarında ilk
müaricətlər xaricdə təhsil almağa gedən 16-18 yaş arası
yeniyətmələr üçün düşünülürdü. Daha sonra isə sırf xəstəlikdən
qorunmaq üçün yüzlərlə gənc və yeniyetmə vaksinasiya üçün müraciət
etdi.

Bu barədə
Trend
-ə müsahibəsində Bakı Sağlamlıq Mərkəzinin icraçı
direktoru Asiman Həsənov deyib.

Onun sözlərinə görə, pandemiya bir anda bitmir. Sadəcə, bu
virusun ştamlarının və yoluxma sayının azalması haqqında danışıla
bilər.

“Hazırda Azərbaycanda koronavirusla bağlı vəziyyət
qənaətbəxşdir. Son dövrlərdə yoluxmada ciddi şəkildə azalma var.
Xəstəliyin gedişatında klinik simptomların yüngül keçməsi, həmçinin
yoluxma sayının az olması artıq pandemiyanın yavaş-yavaş bizdən
uzaqlaşdığını deməyə imkan verir. Ancaq pandemiyaya yalnız bizim
cəmiyyətin yox, ətraf ölklərdə olan vəziyyətin də təsiri var.

Bu gün üçün hər kəs istəyir ki, məhdudiyyətlər aradan
qaldırılsın, lakin məhdudiyyətlərin aradan qaldırılması o demək
deyil ki, tədbirləri əldən buraxmalıyıq” – deyə o qeyd edib.

Teqlər: