Media və QHT rəhbərləri, blogerlər Ağdamda minatəmizləmə əməliyyatları ilə tanış olublar (FOTO)

Ağdam. Trend:

Bu gün Media və QHT rəhbərləri, blogerlər və ictimai fəalların işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri başlayıb.

AzerTimes-ın Qarabağ bürosunun məlumatına görə, səfər çərçivəsində nümayəndələr Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşlarının minatəmizləmə əməliyyatları ilə tanış olublar.

Qeyd edək ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi heyətdə ölkədəki bütün televiziya, agentlik, əksər sayt və qəzet rəhbərləri, həmçinin çoxlu sayda blogger və sosial media aktivisti təmsil olunur.

Teqlər: