Deputat Naqif Həmzəyev qazi Valeh Səfərəliyevlə görüşüb (FOTO)

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev Azərbaycanın şanlı tarixinə çevrilən Vətən müharibəsi qazilərindən olan Valeh Səfərəliyevlə görüşüb.

Naqif Həmzəyev ərazi bütövlüyümüzün bərpasını təmin edən 44 günlük Vətən savaşının qəhrəmanlarının, şəhid və qazi ailələrinin sosial rifah halının yaxşılaşdırılması istiqamətdə atdığı addımlardan danışıb, onlara xüsusi diqqət göstərməyin vətəndaşlıq borcuna çevrildiyini qeyd edib.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərən,Şuşa uğrunda gedən döyüşlərdə yaralanan Valeh Səfərəliyev keçdiyi şərəfli döyüş yolundan bəhs edib. O, qürur və iftixarla Ali Baş Komandanın hər bir əmrinə hər zaman hazır olduğunu bildirib.


Qeyd edək ki, Valeh Səfərəliyev Azərbaycan Dövlət Aqrar Universitetində təhsil aldıb. Tələbəlik illərindən başlayaraq YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəal üzvü kimi partiyanın, şəhərin ictimai-siyasi həyatında iştirak edib, fəallığı ilə seçilib.

Teqlər: