Məcid Əsri planlarını açıqladı: Bakıya gələcək

Məcid Əsri planlarını açıqladı: Bakıya gələcək

Bir sıra layihələr həyata keçirməyi düşünürəm. Ancaq əsas fikrimi solo konsertimə cəmləmişəm. Payızda, Məhərrəmlik ayı bitəndən sonra İranda konsert verəcəm.

Bu sözləri AzerTimes-a güneyli xanəndə, “Muğam müsabiqəsi 2017”nin üçüncüsü Məcid Əsri yaradıcılıq planları haqqında danışarkən deyib.

O, solo-konserti üçün hazırlıqların başladığını bildirib:

“Mahnı-musiqi” qrupu ilə birgə tur həyata keçirmək fikrimiz var. Tehrandan başlayıb, Güney Azərbaycan şəhərlərində yekunlaşdıracam. Bütün türk şəhərlərini gəzib, xalqımız qarşısında çıxış edəcəm”.

Məcid Əsri konsert ərəfəsində Bakıya səfər etməyi planlaşdırdığını da qeyd edib:

“Bakıya səfər edəcəm. Lakin gəlişimin məqsədini hələ açıqlamaq istəmirəm. Bəzi işlər var, onlar dəqiqləşən kimi ətraflı məlumat verəcəm”.

Teqlər: