Azərbaycanlı nazir “Togg”un sükanı arxasında – Foto

Azərbaycanlı nazir “Togg”un sükanı arxasında – Foto

Türkiyə və Azərbaycan dövlət başçılarının “TEKNOFEST” 2023-ü ziyarət etdiyi bir gündə Samsuna işgüzar səfərimiz xüsusilə əlamətdardır.

AzerTimes xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Tvitter hesabında paylaşım edib.

“Müasir Türkiyənin qurucusu Atatürkün 19 may 1919-cu ildə Bandırma Vapuru ilə məhz burada sahilə çıxaraq başlatdığı milli mübarizə hərəkatı 100 yaşını qeyd etdiyimiz Türkiyə Respublikasının qurulması ilə nəticələnib. Samsun Bandırma Gəmi Muzeyini ziyarət etməklə qardaş Türkiyənin şanlı keçmişinə bir daha yerində nəzər salmaq qürurverici idi. Səfərimiz çərçivəsində Türkiyənin ilk yerli elektromobili “Togg” ilə tanışlıq fürsətimiz oldu”, – paylaşımda qeyd olunub.

Teqlər: