MDU-nun voleybol komandası Müstəqillik Gününə həsr edilən şəhər çempionatının qalibi olub (FOTO)

2022-ci ilin 24-26 may tarixlərində Mingəçevir Dövlət
Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin
təşkilatçılığı ilə “28 May Müstəqillik Günü”nə həsr edilən idman
oyunları çərçivəsində voleybol üzrə qızlar arasında şəhər
çempionatı keçirilib.

Üç gün davam edən çempionatda MDU, Mingəçevir Turizm Kolleci,
Mingəçevir Tibb Kollecinin tələbələri və Mingəçevir şəhər
Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şagirdlərindən ibarət
komandalar mübarizə aparıb. MDU-nu təmsil edən qızlardan ibarət
voleybol komandası yarışın qalibi olub. Qalib komanda üzvləri kubok
və diplomlarla mükafatlandırılıb.

Mayın 26-da MDU-nun rektoru Şahin Bayramov qalib komandanın
üzvlərini qəbul edib. Şəhər çempionatında birincilik qazanan
tələbələri təbrik edən Ş.Bayramov MDU-nu layiqincə təmsil
etdiklərinə görə onlara təşəkkürünü bildirib və uğurlarının davamlı
olmasını azulayıb.

Komanda üzvləri göstərilən etimada və diqqətə görə universitet
rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Müstəqillik Gününə həsr olunan idman oyunları
şəhərdə idmanın təbliği və kütləviləşdirilməsi, gənclərin asudə
vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin
edilməsi işinə töhfə məqsədilə keçirilib.

Teqlər: