İlahiyyat İnstitutunun tələbələri arasında “Hədis” yarışı keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri arasında
“Hədis” yarışması keçirilib.

Yarışmanın münsiflər heyətində İlahiyyat fakültəsinin
müəllimləri – dosent Namiq Abuzərov, dosent Aslan Həbibov, fəlsəfə
üzrə fəlsəfə doktoru Vüqar Səmədov, fəlsəfə üzrə fəlsəfə doktoru
Əmir Kahayev təmsil olunublar.

Tələbələr tərəfindən maraqla qarşılanan yarışmada qaliblər
münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən olunub.
Beləliklə, “Hədis” yarışmasında birinci yerə Abdulla Əliyev, ikinci
yerə Fərid Qasımzadə, üçüncü yerə İsgəndər İsgəndərov layiq
görülüblər.

Müsabiqənin sonunda qaliblər mükafatlandırılıb, iştirakçılara
diplom və təşəkkürnamələr təqdim edilib.

Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tələbələrin
dünyagörüşlərinin formalaşdırılması, intellektual səviyyələrinin,
elmi biliklərinin artırılması, gələcəkdə mütəxəssis kimi
yetişmələri üçün müxtəlif yarışmalar, müsabiqələr keçirilir.

Teqlər: