MDU-da Respublika fənn olimpiadalarının şəhər mərhələsinin qaliblərinə məsləhət saatları təşkil edilib (FOTO)

2022-ci ilin 22 fevral tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) Karyera və İnkişaf Mərkəzinin (KİM) və
Mingəçevir şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə
Respublika fənn olimpiadalarının (RFO) şəhər mərhələsinin qalibləri
üçün növbəti mərhələyə hazırlıq məqsədilə məsləhət saatları təşkil
edilib. Məsləhət saatlarına universitetin Riyaziyyat, İnformasiya
Texnologiyaları, Humanitar fənlər, Fizika və ekologiya
kafedralarının əməkdaşları cəlb olunublar.

Universitetdən AzerTimes-a bildirilib ki, MDU-nun akademik heyət
üzvlərindən Rövşən Babayev, Gülər Əjdərzadə, Könül Aydın, Elçin
Tağıyev və Cavid Abbasov riyaziyyat, tarix, Azərbaycan dili və
ədəbiyyat, informatika və kimya fənləri üzrə RFO-nun növbəti
mərhələsində iştirak hüququ qazanmış şagirdlərə müvafiq
tövsiyələrini çatdırıblar, ötən illərin yarımfinal və final
mərhələlərinə aid tapşırıqların izahını veriblər və təqdim edilən
sualları cavablandırıblar.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da
ümumtəhsil məktəbləri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf
etdirilməsi diqqət mərkəzində saxlanılır. Bu çərçivədə pedaqoji
kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, müəllimlərin
təcrübəsinin artırılması, tələbə və şagirdlərin hərtərəfli inkişafı
məqsədilə müvafiq birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi
önəm verilir.

Teqlər: