ABŞ Putin, Lavrov, Şoyquya qarşı sanksiyalar tətbiq edib

ABŞ Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri
Sergey Lavrova qarşı sanksiyalar tətbiq edib.

AzerTimes-ın
məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyi bildirib.

Tədiblər Müdafiə naziri Sergey Şoyqu və Rusiya Federasiyası
Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova qarşı da
tətbiq olunur.


ABŞ Maliyyə naziri Cannet Yellen qeyd edib ki, ABŞ və onun
tərəfdaşları “Rusiya elitasına” qarşı məhdudlaşdırıcı tədbirlər
tətbiq etməyə davam edəcəklər.

Teqlər: