MDU-da Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib (FOTO)

2022-ci ilin 31 mart tarixində Mingəçevir Dövlət Universitetinin
(MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının
təşkilatçılığı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə
həsr edilmiş “Azərbaycan xalqının heç vaxt unutmayacağı qanlı
tarix: 31 Mart 1918-ci il” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə MDU-nun Təhsil fakültəsinin bir qrup professor-müəllim
heyəti üzvü, tələbə və magistrantlar iştirak ediblər.

Dəyirmi masada çıxış edən Təhsil fakültəsinin dekanı, dosent
Nizami Zeynalov, Humanitar fənlər kafedrasının müdiri, dosent
Esmira Cəfərova və baş müəllim Mətanət Yusifova 104 il əvvəl
xalqımıza qarşı xüsusi amansızlıqla törədilmiş soyqırımı barədə
tarixi həqiqətləri tələbə gənclərin diqqətinə çatdırıblar və
tarixmizin qanlı səhifəsini təşkil edən bu faciədən çıxarılası
dərslər barədə fikirlərini bölüşüblər.

Çıxışlar ətrafında aparılan müzakirələrdən sonra, iştirakçıların
çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin
keçirilməsinə xüsusi diqqət yetirilir, tələbə gənclərin
vətənpərvərlik ruhunda yetişdirilməsi məqsədilə onlar arasında
müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsinə
mühüm əhəmiyyət verilir.

Teqlər: