“McKinsey” konsaltinq şirkəti Rusiyada müştəri xidmətini dayandırıb

“McKinsey” konsaltinq şirkəti Ukrayna ətrafındakı vəziyyətlə
əlaqədar Rusiyadakı müştəriləri ilə əməkdaşlığı dayandırıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə şirkətin mətbuat xidməti bildirib.

“Rusiyada müştərilərə bütün xidmətlərin göstərilməsi 15 aprel
2022-ci il tarixindən dayandırılıb”, – deyə qeyd olunub.

Məlumata əsasən, bu qərar şirkətin martın 3-də Rusiyanın
Ukraynadakı “xüsusi hərbi əməliyyatı” ilə bağlı üzərinə götürdüyü
öhdəlikləri yerinə yetirmək istəyi ilə bağlıdır.