İsrail Qəzza zolağından atılan raketi dəf edib

İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sistemi Qəzza zolağından
atılan raketi dəf edib.

AzerTimes-ın məlumatına görə, bu barədə “The Times of Israel” qəzeti
İsrail ordusuna istinadən bildirib.

Raket atılması ilə əlaqədar olaraq Qəzza zolağı yaxınlığında
İsrail ərazisində raket atəşi ilə bağlı xəbərdarlıq sireninin
səsləri eşidilib. Xüsusilə, siren səsləri Kisufim və Eyn ha-Şloşa
kiçik yaşayış məntəqələrində eşidilib.