Mbappe PSJ ilə müqaviləsini uzada bilər

PSJ klubunun fransalı hücumçusu Killian Mbappe yayda klubu tərk
edib-etməyəcəyinə hələ qərar verməyib.

AzerTimes-ın məlumatına görə, bu barədə o, “Prime Video”ya
müsahibəsində deyib.

“Hələ qərar verməmişəm, bunu hamı bilir. Düşünürəm ki, yeni
məqamlar və nəzərə almalı olduğum bir çox nüanslar var. Əgər mən
artıq qərar vermiş olsaydım, bunu açıqlayardım. Müqaviləni uzadıb
PSJ-də davam etmək olar mı? Əlbəttə ki, bəli”, – deyə K.Mbappe
bildirib.

Qeyd edək ki, Killian Mbappenin hazırkı müqaviləsi 2022-ci ilin
yayına kimi nəzərdə tutulub.

Teqlər: