Mayın 24-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək

Bu gündən mayın 24-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

AzerTimes-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar mayın 22-si saat 00:00-dan mayın 24-ü saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.


Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Teqlər: