Dünyada ötən sutka koronavirusa 620 mindən çox yoluxma qeydə alınıb – ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 620 mindən çox artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 620 434 nəfər yeni koronavirusa yoluxub, 12 786 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 165 158 285, ölənlərin isə 3 425 017 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.