Mayın 15-də keçirilən imtahanların nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 may 2022-ci il
tarixində keçirilən aşağıdakı imtahanların nəticələri elan
edilib.

DİM-dən AzerTimes-a verilən məluata görə, abituriyentlər (şagirdlər)
imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı),
mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə
imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə
göndərməklə də öyrənə bilərlər.

-əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında
kolleclərə qəbul imtahanı;

– müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli
dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə
xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli
dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili
imtahanı;

– aprel-may aylarında keçirilmiş buraxılış imtahanlarında
müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə
müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış
imtahanı;

– eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak
etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

– buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə
bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX
sinif məzunları üçün buraxılış imtahanı..

1-3-cü kateqoriyaya aid olan abituriyentlər imtahan nəticələrini
verilən keçiddən https://eservices.dim.gov.az/2022/nettex/?frm=egov
öyrənə bilərlər.

4-6-cı kateqoriyaya aid olan şagirdlər isə imtahana nəticələrini
öyrənmək üçün bu keçiddən https://eservices.dim.gov.az/2022/netorta/
istifadə etməlidirlər.

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı
(hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell,
Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu
7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 14121 nəfərdən 1241
nəfər imtahana gəlməyib. 7 nəfər isə tələb olunan qaydaları pozduğu
üçün imtahandan xaric olunub.İmtahan nəticələri ilə bağlı
müraciətlərə baxılması üçün DİM tərəfindən 8 iyun 2022-ci il
tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi
vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya
komissiyasına müraciət etmək istəyənlər 5 iyun saat 10:00-dan 7
iyun saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə
bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər
sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron
ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul
edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya
təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin)
iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox
15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs
müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda
müzakirə prosesi dayandırılır.

Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl
abituriyentlər (şagirdlər) DİM-in saytında, imtahan nəticələri ilə
bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər
bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış
olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya
üçün ərizə yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab
verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə
şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.
Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə
baxılmayacaq.

Teqlər: