May ayının müavinət, təqaüd və ünvanlı yardımları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının bütün müavinət,
təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün ödənilib.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, vətəndaşlar həmin sosial ödənişləri onlara verilmiş
kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə
bilərlər.

Beləliklə, may ayının sosial təminat növləri üzrə bütün sosial
ödənişləri bu gün yekunlaşıb. Mayın 6-da Bakı və Sumqayıt
şəhərləri, Abşeron rayonu, mayın 13-də ölkəmizin digər bölgələri
üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş
pensiyalar) ödənilib.

Teqlər: