Maştağa da bir nəfər bıçaqlandıqdan sonra xəstəxanada ölüb

Aprelin 2-i saat 11 radələrində Sabunçu rayonu, Maştağa qəsəbə
sakini, 1975-ci il təvəllüdlü Natiq Nəcəfovun xəsarət alması və
almış olduğu xəsarətdən saat 15 radələrində xəstəxanada ölməsi
barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Sabunçu rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, onunla eyni qəsəbədə
yaşayan 1984-cü il təvəllüdlü Adəm Quliyevin şəxsi münasibətlər
zəminində aralarında yaranmış mübahisə zamanı Natiq Nəcəfova
bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanmışdır. Adəm Quliyev şübhəli şəxs qismində tutularaq
istintaqa cəlb edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Teqlər: