Mask Baydeni “yaş corab kuklası” adlandırıb…

Mask Baydeni “yaş corab kuklası” adlandırıb…

Orbitə peyk çıxaran, elektrik yük maşınını nümayiş etdirən, Tvitteri ələ keçirməyə doğru gedən İlon Mask Tayvan və Ukrayna üçün elektron sülh planları təklif etməyə də vaxt ayırıb. Bu ölkələrin liderlərini qəzəbləndirib və Vaşinqtonu qıcıqlandırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.

“Mask Ukraynadakı peyk əlaqəsi üçün pul ödəmək istəmədiyini deyərək bəzi Pentaqon rəsmilərini qıcıqlandırıb, lakin sonra fikrini dəyişib. 51 yaşlı Mask qeyri-sabit geosiyasi məsələlərə qarışdığından, Vaşinqtonda bir çox siyasətçi narahat olub. Mask və federal hökumət arasında 20 illik tərəfdaşlıq ABŞ-ın qlobal kosmosda hökmranlığın bərpa etsə də, indi onu çox güclü və ehtiyatsız kimi görürlər. Milyarder Baydeni “yaş corab kuklası” adlandırıb. Hamı onu balanssız və təkəbbürlü, həm də parlaq kimi qəbul edir. Hesab olunur ki, o özünü prezidentdən üstün hesab edir”, – məlumatda deyilir.

Qeyd olunur ki, bir neçə yüksək vəzifəli hökumət rəsmisi Maskdan asılılığı azaltmağı dəstəkləyir:

“Pentaqon isə hesab edir ki, yalnız “SpeysX”lə əməkdaşlıq şərt deyil, Ukraynaya döyüş meydanında ehtiyac duyduqlarını verəcək başqa təşkilatlar da var”.

Teqlər: