Bakıda evdə yanğın: 1 nəfər tüstüdən zəhərləndi

Bakıda evdə yanğın: 1 nəfər tüstüdən zəhərləndi

Bakıda evdə yanğın olub.

AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: