NASA Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) ilə əməkdaşlıq edərək, 2027-ci ilə qədər Marsa uçuşlar üçün nüvə raket mühərrikini sınaqdan keçirməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə NASA-nın administratoru Bill Nelson bildirib.
“Məqsədimiz 2027-ci ildə uğurlu nüvə raket mühərriki yaratmaq və nümayiş etdirməkdir”, – deyə Nelson əlavə edib.