“Qarabağ”a buna görə keçmişdim – Elyunussi

“Qarabağ”a buna görə keçmişdim – Elyunussi

“Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussi Ağdam təmsilçisinə transferi ilə bağlı danışıb.

AzerTimes Qol.az-a istinadən xəbər verir ki, norveçli yarımmüdafiəçi Eurosport.no saytına müsahibəsində “Qarabağ” karyerasının uğursuz alınmasının zədəsi ilə bağlı olduğunu xatırladıb.

“Çempionlar Liqasında oynamaq istəyirdim. Ona görə də “Qarabağ”a keçdim. Amma ayağımdan zədə aldım. Bu qədər ciddi olacağını düşünmürdüm. “Qarabağ”da cəmi 7 oyun keçirməyim bununla bağlı idi. Ayaq biləyimdə ciddi zədə vardı. Əlimdən gələni etdim, amma alınmadı. “Olimpiakos”a qayıtmaq variantı yox idi. Ona görə də seçimim AİK oldu”.

Xatırladaq ki, Elyunussi 2017-ci ilin yayında Ağdam təmsilçisi ilə müqavilə bağlasa da, zədəsi səbəbindən komandada möhkəmlənə bilməyib və cəmi altı ay sonra Azərbaycanı tərk edib.

Teqlər: