Ukraynaya F-16-lar göndərilir? – Kuleba

Ukraynaya F-16-lar göndərilir? – Kuleba

Ukrayna növbəti mərhələdə F-16 qırıcı təyyarələrini ala bilər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Feysbukda avropalı həmkarlarından biri ilə dialoqunu paylaşıb: “İndi F16? – Bəli. – İşə başlamışam, dostum”.

Daha sonra Kuleba qeyd edib:

“Bilməlisən ki, nə qədər çətin olsa da, heç vaxt təslim olmamalısan. Nə qədər kədərli olsa da, ümidsizliyə qapıla bilməzsən. Düşmən nə qədər çalışsa da, günəşdə şeh kimi məhv olacaq. Həmişə inanmaq və çox çalışmaq lazımdır. Və hər şey olacaq. Çünki Ukrayna hər şeyə qadirdir”.

Qeyd edək ki, ötən gün Almaniya hökuməti Ukraynaya “Leopard”ların tədarükü ilə bağlı razılıq verib.

Teqlər: