“Mançester Yunayted” İngiltərə kubokunun 1/8 finalına yüksələ bilməyib

“Mançester Yunayted” futbol klubu İngiltərə kubokunun 1/16 finalında “Midlsbro”ya penaltilər seriyasında məğlub olub.

AzerTimes-ın məlumatına görə, oyun Mançesterdə keçirilib.

Görüşün əsas vaxtı və 15 dəqiqəlik əlavə iki hissə 1:1 hesabı ilə başa çatıb. “Mançester Yunayted”in heyində Ceydon Sanço (25), “Midlsbro” tərəfindən isə Mett Kruks (64) qol vurub.

Teqlər: