ABŞ hərbçilərinin ilk qrupu Polşaya gələcək

Şərqi Avropada NATO ölkələrini gücləndirmək üçün ilk ABŞ qoşunlarının Polşaya göndərilməsi fevralın 5-də gözlənilir.

AzerTimes-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, ABŞ-ın hərbi texnikası artıq bu həftə Polşaya gəlməyə başlayıb.

Qeyd olunub ki, Amerika hərbi kontingentinin yerləşdirilməsi müddəti dəyişə bilər.