Manatın təklif kanallarının genişlənməsi inflyasiya gözləntilərini azaldıb – Mərkəzi Bank

Hazırda manatın məzənnəsinin valyuta bazarında təklif
kanallarının genişlənməsi şəraitində formlaşması inflyasiya
səviyyəsinə və inflyasiya gözləntilərinə azaldıcı təsir
göstərir.

AzerTimes-ın məlumatına görə, bu
barədə Mərkəzi Bankın “Twitter” səhifəsində bildirilib.

Qeyd olunub ki, əsas ixrac əmtəələri üzrə dünya qiymətlərinin
yüksəlməsi 2022-ci ilin sonuna tədiyə balansında ÜDM-ə nisbətdə
ikirəqəmli səviyyədə profisitin yaranacağı ehtimalını artırır ki,
bu da valyuta bazarında tarazlığı dəstəkləyən başlıca amildir.

Teqlər: