Malidə anti-terror əməliyyatı zamanı fransalı hərbçi həlak olub

Malidə terrorçularla silahlı toqquşma zamanı Fransa Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Yelisey sarayından bildiriblər.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edlir ki, həlak olan hərbçi iyunun 18-i medalla təltif olunmuşdu.