Argentinada təyyarə qəzaya uğrayıb, ölənlər var

Argentinanın Buenos-Ayres əyalətində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

AzerTimes-ın “Todo Noticias” telekanalına istinadən verdiyi məlumata görə, qəza nəticəsində təyyarədə olan 2 nəfər həlak olub.

İlkin məlumata əsasən, təyyarə aeroklubun ərazisindən havaya qalxarkən Berasategi dairəsindəki avtomobil yolunun yaxınlığına düşüb.


Qəzanın səbəbi hələ müəyyən edilməyib.